Yol polisi rəisinin oğlu avtomobilini aşırdı: yaralananlar var - FOTO+VİDEO

Yol polisi 7 İyun 2017 07:28 Oxunub 7473
Yol polisi rəisinin oğlu avtomobilini aşırdı: yaralananlar var - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Zığ yolunda baş verib

Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, 26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb. Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəsi olan Etibar Hacıyevin oğludur.

Faktla bağlı araşdırma aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh