Dövlət Komitəsi bu maşınları ucuz qiymətə satışa çıxardı - SİYAHI

Avtobazar 9 İyun 2017 00:40 Oxunub 10119
Dövlət Komitəsi bu maşınları ucuz qiymətə satışa çıxardı - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Nissan" 2700, "Mercedes" isə 1800 manata hərraca çıxarılıb

Qazeta.info Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Bu dəfə 04 iyul və 20 iyun  2017-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri, gəmilər və kənd təsərrüfatı texnikası haqda məlumatları diqqətinizə çatdırırıq.

Qeyd:

1- ci sətirdə  Zəngilan rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsinin 13.12.2016-cı il tarixində keçirilmiş hərracının nəticəsi ləğv olduğu üçün təkrar olaraq hərraca çıxarılır         

2-6-cı sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan  nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

7-ci sətirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansında olan  nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

8-9-cu sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan  nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır

10-cu sətirdə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin  balansında olan  nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca   çıxarılır

11-ci sətirdə “Bakı Metropoliteni” QSC-nin  balansında olan  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

Qeyd:     

1-ci sətirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan  nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

2-ci sətirdə Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan   nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

3-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan         nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.    

4-7-ci sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin balansında olan  nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 

Qazeta.info əlavə olaraq qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh