“Toyota”nın uçan avtomobilinin prototipi hazırlandı - VİDEO

Texnologiya 7 İyun 2017 17:03 Oxunub 1588
“Toyota”nın uçan avtomobilinin prototipi hazırlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə üzrə işlər davam etdiriləcək

Yaponiyanın “Cartivator” qrupunun alimləri “Toyota” avtomobilləri üçün nəzərdə tutulan “SkyDrive” texnologiyasının sınağını keçiriblər. Avtosfer.az lent.az-a istinadən verdiyi məlumata görə, “Cartivator” 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunları ərəfəsində “Sky Drive”ın kommersiya məqsədli istifadəsinə başlamağı planlaşdırır. “Cartivator” layihə üzərində 2012-ci ildən çalışır. Əvvəlcə alimlər bu işi könüllülük əsasında aparırdı, lakin bir qədər sonra “Toyota” layihəyə 380 min dollardan sox vəsait ayırıb. Layihənin ideyası budur ki, elektriklə çalışan, qatlanan böyük kvadratkopter yaradılsın və bu qurğu həm ümumi istifadə üçün nəzərdə tutulan yollarda hərəkət etsin, həm də uça bilsin. Qurğunun yerdə maksimal sürəti 150 km, uçuş zamanı isə 100 km təşkil edəcək. Yayılan videodan görünür ki, 8 rotorlu prototip 1,5 metr havaya qalxır, lakin tarazlığı itirərək sərt eniş edir. Layihə üzrə işlər davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh