Nəqliyyatın hərəkətindən dəyişiklik: Dairəyə işıqforlar quraşdırıldı - VİDEO

Yeniliklər 8 İyun 2017 01:46 Oxunub 1881
Nəqliyyatın hərəkətindən dəyişiklik: Dairəyə işıqforlar quraşdırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha bir dairədə də hərəkət işıqforlarla tənzimlənəcək

Pik saatlarında sıxlığa səbəb olan Masazır dairəsinə işıqfor qoyulub. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin ərazi ilə bağlı idarəyə dəfələrlə sürücülər müraciət edib. Əraziyə baxış keçirildikdən sonra qərara alındı ki, Abşeron rayonundakı dairəyə işıqfor qoyulsun. Sürücülər də dairənin işıqforla tənzimlənməsinin çoxdan tətbiq edilməli olduğunu deyirlər. Onlar həmin ərazidə işıqforlar quraşdırıldıqdan sonra yol-nəqliyyat hadisələrinin azalacağını bildirdilər.

Qeyd edək ki, işıqfor yaxın günlərdə işləyəcək. Bundan başqa Bakıdan-Masazır qəsəbəsinə və o cümlədən də, Xırdalandan şəhər istiqamətində işıqforun sağa hərəkət istiqaməti daimi yaşıl olacaq. Digər istiqamərtlərdən hərəkət isə avtomobillərin sıxlığı nəzərə alınaraq tənzimlənəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh