Bir gündə 1328 sürücü radara düşdü - Sığortası olmadığına görə 

Avtoxəbər 8 İyun 2017 14:22 Oxunub 8229
Bir gündə 1328 sürücü radara düşdü - Sığortası olmadığına görə 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP avtomobil sahiblərinə bird aha müraciət etdi: "Sığortda etdirin"

İyununun 7-dən avtomobilinin icbarı sığortası olmayan sürücülərin elektron protokolla cərimə edilməsinə start verilib. Artıq bu günə olan məlumata görə, MMX protokol tərtib edilən sürücülərin sayı mini ötüb. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, dünən səhər saatlarından başlayaraq bu gün saat 11-dək 1328 sürücü barəsində elektron protokol tərtib edilib: "Bu, çox acınacaqlı mənzərədir. Neçə gün əvvəldən edilən xəbərarlıqlara baxmayaraq hələ də, icbarı sığortası olmayan minlərlə avtomobilin olduğu üzə çıxır. Amma sürücülər əmin olsunlar ki, onlar artıq məsuliyyətdən yaxa qurtara bilməyəcəklər".

DYP sürücülərə bir daha xəbərdarlıq edərək diqqətə çatdırır ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən sahibinin mülki məsuliyyəti qanunvericiliyə uyğun olaraq sığorta etdirilməmiş nəqliyyat vasitələri yol hərəkətində iştiraka buraxılmamalıdırlar. Bu qaydaların, yəni “İcbari sığortalar haqqında” Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən fiziki şəxslər əlli, vəzifəli şəxslər yüz, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilirlər. Həmin Məcəllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinı nəzərə alaraq, DİN Baş DYP İdarəsi avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, 07.06.2017-ci il tarixdən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq. Bu səbəbdən icbari sığorta müqaviləsinin etibarlılıq müddətinə diqqət yetirməyi tövsiyə edir və xatırladırıq ki, mövcud qanunvericiliyə əsasən nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin, həmin xətanın aşkarlandığı gündən hesablanaraq 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə avtonəqliyyat vasitəsinin sahibi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində inzibati xəta haqqında təkrar elektron protokollar tərtib ediləcək.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh