"Protiv" gedən daha bir "ağıllı" sürücü - VİDEO

Avtoreyd 15 İyun 2017 14:51 Oxunub 2660
"Protiv" gedən daha bir "ağıllı" sürücü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yəqin yolunu uzatmaq istəməyib

Qaydaları pozan növbəti sürücü Avtosfer.az-ın kameralarına düşüb. Belə ki, 90 LL 948 dövlət nömrə nişanlı avtomobil birtərəfli yolda yolun əks istiqamətinə hərəkət edir.

Daha sonra isə sola dönmə edərək binaların arasına girir. Maraqlıdır ki, sürücü özünü olduqca rahat hiss edir. Sanki elə belə də olmalı imiş. Görünür ki, yolunu bir az uzatmaq istməyib və kəsə yolla evinə gedib. Nəzərə alsaq ki, yolun sağ və sol tərəfində avtomobillər park edir və birtərəfli yolda yalnız orta zolaq keçid üçün qalıb, qarşıdan “protiv” çıxan avtomobil birbaşa qəza şəraiti yaradır.

Avtosfer.az həmin görüntüləri təqdim edir:  

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh