Bakıda daha bir "qoçu" sürücü peyda oldu – "Əcəb edirəm, çəkmirəm" - VİDEO

Qaydalar 8 İyun 2017 15:32 Oxunub 14621
Bakıda daha bir "qoçu" sürücü peyda oldu – "Əcəb edirəm, çəkmirəm" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA hüquqi tədbir görülməsi məqsədi ilə DYP müraciət edəcək

Bakıda daha bir sürücü avtobus sürücüsünə qarşı kobudluq edərək yolu kəsib. Özünü "qoçu" kimi aparan bu sürücünün görüntüləri elə avtobusdaki kameraya düşüb. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a təqdim olunan həmin videogörüntüdən də aydın olur ki, "BakuBus" MMC-yə məxsus  99-JH-044 dövlət nömrə nişanlı 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman "Hyundai Sonata" markalı, 99 EH-075 nömrə nişanlı şəxsi avtomobilini avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir. Eyni zamanda, həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməliində israr edir. Yalnız  sərnişinlərin müdaxiləsindən sonara o öz qanunsuz əməlindən çəkinir: "Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir".

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatın normal fəaliyyətinə mane olan sürücü barəsində müvafiq hüquqi tədbir görülməsi məqsədi ilə DYP müraciət edəcək.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh