Dünyada 2 milyon elektrik avtomobili var
Avtoxəbər 8 Iyun 2017 16:28 380 dəfə oxunub
Dünyada 2 milyon elektrik avtomobili var
Təkcə 2016-cı ildə dünyada 2,3 mln. enerjidoldurma stansiyası işə başlayıb

2016-cı ildə bütün dünyada elektrik avtomobillərinin sayı 60% artaraq 2 mln. ədədə çatıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) "Qlobal elektrik avtomobili icmalı-2017" adlı hesabatında qeyd edilib. Bildirilib ki, elektrik avtomobillərinin sayının kəskin artması bir sıra ölkələrin ətraf mühiti qorumaqla bağlı siyasət yürütməsi ilə əlaqədardır.  Məlum olub ki, elektrik avtomobillərinin sayının artması onlar üçün enerjidoldurma stansiyalarının da sayının artmasına gətirib-çıxarıb. Təkcə 2016-cı ildə dünyada 2,3 mln. enerjidoldurma stansiyası işə başlayıb. IEA 2020-ci ilə qədər elektrik avtomobillərinin sayının 20 mln.-a, 2025-ci ilə qədər isə 70 mln.-a çatacağını proqnozlaşdırır. 2016-cı ildə bu nəqliyyat vasitələrinin satış həcminə görə Çin lider olub. İl ərzində Çində 336 min ədəd elektrik avtomobili satılıb. Həmin rəqəm ABŞ-da 159 min, Norveçdə 50 min təşkil edib. İlk 3-lük qlobal satışın 90%-ni əhatə edib.  Elekrtik avtomobillərinin satışına görə ilk 10-luqda 37 912 ədədlə Böyük Britaniya, 29 507 ədədlə Fransa, 24 851 ədədlə Yaponiya, 24 612 ədədlə Almaniya, 24 477 ədədlə Niderland, 13 415 ədədlə İsveç, 11 580 ədədlə Kanada yer alıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh