Polisə yeni səlahiyyət verildi - ELEKTROŞOK

Yeniliklər 13 Noyabr 2014 19:32 Oxunub 1774
Polisə yeni səlahiyyət verildi - ELEKTROŞOK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlham Əliyev təsdiq etdi, polislərin səlahiyyəti artırıldı

Prezident İlham Əliyev rəsmən polislərin səlahiyyətini artıran "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib. Avtosfer.az xəbər verir ki, "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87) aşağıdakı dəyişikliklər edilib. Bununla da 1.1-ci maddənin 7-ci abzasında "əl-qolu bağlama” sözlərindən sonra "və elektroşok” sözləri əlavə olunub. Eyni zamanda, 

2. 26-cı maddəyə aşağıdakı məzmunda III-I hissə əlavə edilib:

"III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh