Yol polisi iki gündə 3 mindən çox sürücüyə MMX yazdı

Avtoxəbər 9 İyun 2017 13:18 Oxunub 5004
Yol polisi iki gündə 3 mindən çox sürücüyə MMX yazdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: "Cərimə olunmaq istəmirlərsə, avtomobillərinin icbari sığortasını etsinlər”

İyununun 7-dən avtomobilinin icbarı sığortası olmayan sürücülərin elektron protokolla cərimə edilməsinə başlanılıb. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a bildirib ki, avtomobillərinin icbari sığortası olmayan 3000-dən çox sürücüyə elektron protokol tərtib olunub. “Ayın 7-dən bu gün saat 11:20-yə qədər olan məlumata əsasən 3266 sürücü elektron protokolla cərimələnib. Bununla bağlı əvvəlcədən xəbərdarlıq etsək də, avtomobilinin icbari sığortası olmayan sürücülər bu xəbərdarlığa əhəmiyyət verməyib. Sürücülər cərimə olunmaq istəmirlərsə, avtomobillərinin icbari sığortasını etsinlər”.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. 

Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Lakin 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə (növbəti 20 gün) avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh