Şəkidə reyd: "Maşınlar getməsin deyə qanun nə vaxtdan çıxıb?" - VİDEO

Avtoreyd 9 İyun 2017 13:51 Oxunub 5388
Şəkidə reyd: "Maşınlar getməsin deyə qanun nə vaxtdan çıxıb?" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür reydlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır

Qanunsuz sərnişin daşımaların qarşısının alınması məqsədilə təşkil olunan reyd təxminən iki saat davam edib. Avtosfer.az arbşəki-yə istinadən xəbər verir ki, Şəki və Qax rayonlarında qanunsuz sərnişindaşıma ilə məşğul olan 5 mikroavtobus sürücüsü saxlanılaraq xətdən kənarlaşdırılıb, barələrində inzibati qaydada protokol tərtib olunaraq 40 manat məbləğində cərimələniblər. Sənədləri qaydasında olmayan sürücülər səbəbindən sərnişinlər üçün də problem yaranıb. Onlar Şəki avtovağzalından qanuni fəaliyyət göstərən avtobuslarla yola salınıb. Sərnişin: "Həmin maşınlar getməsin deyə qanun nə vaxtdan çıxıb? Mən Bakıya həkimə gedirəm. Bu maşınla ona görə gedirəm ki, 12-də çatırıq, 1-ə, 2-ə kimi işimizi görüb qurtarır, qayıdırıq. Bəlkə gecə qalası yerim yoxdu şəhərdə, nə etməliyəm? O biri maşınla isə 5-ə çatıram. O zaman isə heç kimlə görüşə bilmirəm".

Bu cür reydlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh