Etibarnamə ilə avtomobil alanlar bunu mütləq oxusun - VİDEO

Öyrənək 15 İyun 2017 10:40 Oxunub 4823
Etibarnamə ilə avtomobil alanlar bunu mütləq oxusun - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin maşını geri ala bilərlər və heç bir şey edə bilməyəcəksiniz

Etibarnamə ilə avtomobil almaq... Əslində buna “avtomobil almaq” demək olmaz. Çünki faktiki olaraq bu maşın sənin deyil və sahibinə ödədiyin pul barədə də heç bir qəbzin yoxdur. Düzdü bizdə çox zaman “kişi söhbəti” ilə  maşın alqı-satqısı edirlər. Lakin qanunvericilikdə “kişi söhbəti” maddəsi olmadığı üçün çox zaman problemlər yaranır. Məsələn, etibarnamə ilə alınan avtomobilin sahibi boşanarsa və avtomobil onların birgə nikahda olduğu dövrdə alınıbsa  o zaman məhkəmə qərarı ilə sizdən həmin maşını geri alacaqlar və heç bir şey edə bilməyəcəksiniz. Məsələ ilə daha ətraflı Avtosfer.az-ın SmsRadar xidməti ilə birgə hazırladığı videoçarxda ekspert Ərşad Hüseynov məlumat verir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh