90-lıq yolda 70-lə radara düşə bilərsiz - Diqqətli olun - VİDEO

Xəbərlər 10 İyun 2017 02:39 Oxunub 7540
90-lıq yolda 70-lə radara düşə bilərsiz - Diqqətli olun - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Burada sağa dönməyə yol olmasa da, nişan sağı göstərir

Bakı-Qazax yolunun Qazaxbəyli kəndindən keçən hissəsində yol polisinin radarı var və burada sürücülərə cərimə yazılır. Bununla bağlı Avtosfer.az-ın əməkdaşı həmin ərazidə çəkiliş aparıb. Məlum olub ki, qeyd olunan yolun Qazaxbəyli kəndindən keçən hissəsində hər iki istiqamətə bir zolaq var. Sərhəd istiqamətinə gedən hissəsdə həmin kəndə daxil olan zaman 5.22 - yaşayış məntəqəsinin başlanğıcı və kəndin qurtaracağında isə 5.23 yaşayış məntəqəsinin sonu nişanı quraşdırılıb. Lakin Bakı istiqamətində həmin kəndə daxil olan zaman nə 5.22 nişanı, nə 5.23 nişanı, nə də ki, maksimum sürəti bildirən 3.24 nişanı var. Yolda isə stasionar radarı 60 km/saat sürətə uyğunlaşdırıblar.

Daha bir problem həmin yolun 496-cı kilometrindədir. Sərhəd istiqamətinə gedən yolun 496-cı kilometrində sola Kəmərli kəndinə yol ayrılır. Həmin yolayrıcından əvvəl ilkin istiqamət göstəricisi olaraq 5.21.1 nişanı quraşdırılaraq sola Kəmərli kəndinə yolun gedəcəyini bildirir. Lakin həmin yolayrıcında yerə düzünə və sağa nişanı çəkilib. Əslində isə yerə düzünə və sola nişanı çəkilməli idi. Çünki sağa onsuz da yol yoxdur.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh