Sürücülər sığorta barədə məlumatı necə ala bilər – İZAH - VİDEO

Yazarlar 10 İyun 2017 02:58 Oxunub 1898
Sürücülər sığorta barədə məlumatı necə ala bilər – İZAH - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığortası olmayanlara görə 3 günə 3 mindən çox radar cəriməsi yazılıb

Bu ayın 7-dən avtomobilinin icbarı sığortası olmayan sürücülərin elektron protokolla cərimə edilməsinə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, ayın 7-dən indiyə kimi 3266 sürücü cərimələnib.

Qeyd edək ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər -fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddət ərzində müqavilə bağlanmazsa avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.

Avtosfer.az bildirir ki, nəqliyyat vasitəsinin icbarı sığortasının olub-olmadığını 9707 SMS xidmətindən öyrənmək mümkündür. Belə ki, siz 9707 SMS xidmətindən istifadə edərək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə vasitəsilə təsdiqləyici bilgi, həmçinin müqavilədə əks olunan digər məlumatları əldə edə bilərsiniz. Bir SMS-in qiyməti 0.16 AZN (ƏDV daxil) təşkil edir.

Mobil telefonunuzdan 9707 nömrəsinə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını (məsələn: 10PX806, rəqəm və hərflər arasında məsafə buraxmadan) yazıb SMS göndərin.

1 - Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlıdırsa, Siz sığorta şəhadətnaməsinin məxsus olduğu sığorta şirkətinin adı və sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta şirkəti ilə əlaqə saxlanılması üçün nəzərdə tutulan telefon nömrələri barədə SMS alacaqsınız.

2 - Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlı deyilsə, Siz sığorta şəhadətnaməsinin etibarlı olmaması barədə SMS alacaqsınız.

Mobil telefonunuzdan 9707 nömrəsinə NV-nin icbari sığorta şəhadətnaməsinin nömrəsini (məsələn: PAT1100000001) yazıb SMS göndərin.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh