Sürücülərin işinə yarayan ixtira: Yanacağa 30 faizə qənaət - VİDEO

Yeniliklər 10 İyun 2017 03:11 Oxunub 7425
Sürücülərin işinə yarayan ixtira: Yanacağa 30 faizə qənaət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil hər 100 kilometr məsafədə yanacağa 30 faizə qədər qənaət edə bilər

Bir sıra ixtiraları ilə tanınan Bəhruz Qarayevin yeni məhsulu hər kəsin işinə yaraya bilər. Onun ixtirası ilə avtomobil yanacağına qənaət etmək mümkündür. Bəhruz Qarayev xüsusi qurğu ilə suyu parçalıyaraq hidrogen qazı əldə edir. Bəhruz Qarayev həmin qurğunu artıq avtomobilinə qoşub. Onun sözlərinə görə, yeni qurğu qoşulduqdan sonra avtomobilini 4 min kilometrdən artıq idarə edib və yanacağa azı 30%-ə qədər qənaət edib.

İxtiraçı yeni yanacaq növünün ekoloji baxımdan da olduqca təmiz olduğunu deyir. Bəhruz Qarayev ixtirası qısa bir zaman ərzində patentləşdirmək istəyir. İxtiraçı şərait olarsa, qurğunu daha da təkminləşdirə biləcəyini deyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh