"Tesla", "BMW"dən daha bahalı şirkət oldu

Avtoxəbər 10 İyun 2017 20:19 Oxunub 1317
"Tesla", "BMW"dən daha bahalı şirkət oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir dəyərli kağızın qiyməti 375.5$ təşkil edib

ABŞ-ın “Tesla” şirkətinin kapitalizasiyası, Almaniyanın “BMW” şirkətinin kapitalizasiyasını keçib. Avtosfer.az xəbər verir ki, bu barədə xəbəri birja məlumatları verib. Dünən “Tesla” şirkətinin səhmlərinin qiyməti 1.49% yüksəlib. Bu isə o deməkdir ki, bir dəyərli kağızın qiyməti 375.5$ təşkil edib. Beləliklə NASDAQ birjasının məlumatlarına əsasən “Tesla” şirkətinin dəyəri 63.48 milyard dollar olub. Həmin vaxtda “BMW” şirkətinin səhmlərinin qiyməti isə 0.32% artıb. Bu isə o deməkdir ki, bir dəyərli kağızın qiyməti 84.27 avro təşkil edib. Beləliklə Frankfurt Fond Birjasının məlumatlarına əsasən “BMW” şirkətinin dəyəri 54.82 milyard avro (61.6 milyard dollar) təşkil edib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə “Tesla” şirkəti, “Ford Motor” və “GM” kimi şirkətlərin kapitalizasiyalarını geridə qoyaraq ABŞ-ın ən bahalı avtomobil istehsalçısına çevrilmişdi. Bloomberg-in məlumatlarına əsasən keçən il “Tesla” şirkəti 80.000 ədəd avtomobil, “General Motors” şirkəti isə 10 milyon avtomobil satmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh