“iPhone 8” və “iPhone 7s Plus” gəlir - FOTO

Texnologiya 11 İyun 2017 01:14 Oxunub 3605
“iPhone 8” və “iPhone 7s Plus” gəlir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arxa paneldə barmaq izi skanerinin quraşdırılacağı barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb

Məşhur insayder Bencamin Geskin “Twitter” səhifəsində “iPhone 8” və “iPhone 7s Plus” smartfonlarının sonuncu çertyojlarını dərc edərək qurğuların istehsalına başlanılmasını bildirib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “iPhone 8” smartfonunun ölçüləri bir qədər irəliyə çıxan kamera modulu nəzərə alınmadan 143,4 x 70,77 x 7,51 millimetr təşkil edir. Bundan başqa, çertyojdan məlum olur ki, “Touch ID” sensoru qurğunun ekranının arxasında yerləşəcək. Beləliklə, arxa paneldə barmaq izi skanerinin quraşdırılacağı barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Öz növbəsində, “iPhone 7s Plus” smartfonunun qabaritləri 158,38 х 78,1 millimetrə bərabər olacaq. Yeni smartfonun ölçüləri əvvəlki nəsil qurğuların analoji göstəricilərinə uyğun gəlir. Həmçinin qeyd olunur ki, “iPhone 8” xarici görünüşünə görə bir müddət əvvəl dərc edilən fotoşəkillərlə uyğunluq təşkil edir. Bundan əlavə, “iPhone 7s Plus”un dizaynı hazırkı qabaqcıl “Apple” qurğusundan fərqlənməyəcək.

Xatırladaq ki, B.Geskin bundan əvvəl yeni “Apple” smartfonlarının sentyabrın 17-də nümayiş olunacağı, qurğuların satışına həmin ayın 25-dən etibarən başlanacağı barədə məlumat verib.

 




ŞƏRH YAZ
Ad

E-mail

Şərh