Sığorta şirkəti sürücünü get-gələ salıb - dəymiş ziyan ödənilmir - VİDEO

Xəbərlər 11 İyun 2017 02:00 Oxunub 2341
Sığorta şirkəti sürücünü get-gələ salıb - dəymiş ziyan ödənilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü sığorta şirkətinə dəfələrlə müraciət etsə də, onu süründürlər

Daha bir sürücü sığorta şirkətinin süründürməçiliyindən əziyyət çəkir. Zakir Məmmədov Bakıda yol qəzasından sonra avtomobilə dəymiş ziyanın əvəzini şirkətdən ala bilmir. Baxmayaraq ki, hadisədən xeyli vaxt keçib. Zakir Məmmədovun idarə etdiyi 90 KM 285 dövlət nömrə nişanlı "Mersedes” markalı avtomobil başqa bir minik maşınına çırpılıb. Sürücü deyir ki, sığorta şirkətinə dəfələrlə müraciət etsə də, onu süründürlər. Avtomobilə dəymiş ziyan qiymətləndirilsə də, bu məlumat da sürücüdən gizlədilir. Sürücü məcburiyyətdən avtomobili əzik şəkildə idarə edir. Yol polisi əməkdaşları da hər dəfə maşını yolda saxlayırlar.

Hüquqşünaslar bildirirlər ki, belə olan halda sürücü Maliyyə Bazarlarına Nəzarət Palatasına və məhkəməyə müraciət etməklə hüquqlarının bərpasını tələb etməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh