Balıq ovuna sərt məhdudiyyətlər qoyuldu - 1700 manat cərimə - VİDEO
Qaydalar 11 Iyun 2017 02:02 3737 dəfə oxunub
Balıq ovuna sərt məhdudiyyətlər qoyuldu - 1700 manat cərimə - VİDEO
Artıq həvəskar balıqçılar tutduqları balığın ölçüsünə diqqət etməlidirlər

Həvəskar balıq ovçuları diqqətli olmalı və müəyyən qaydalara əməl etməlidirlər. Əks halda külli miqdarda cərimə oluna bilərlər. Nazirlət Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənmiş "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər"də sərt məhdudiyyətlər yer alıb. Sənədə əsasən, artıq həvəskar balıqçılar tutduqları balığın ölçüsünə də diqqət etməlidirlər.

Ovuna icazə verilən balıqların ölçüləri isə belədir: Sıf minumum 43 santimetr,

Çəki 40 , Çapaq 26, Külmə 17, Qarasol 17, Xəşəm 41, Kütüm 35, Kefal 24, Şamayı 19, Şirbit 52 , xərçəng 10, krevet minumum 5 santimetr olmalıdır. Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioloji və resursların mühafizəsi və artırılması departamentinin baş müfəttişi İsmayıl Yunusov bildirir ki, bu qaydalara əməl etməyən balıqçıları külli miqdarda cərimə gözləyir.

Su hövzələrinin ətrafı ilə yanaşı, satış məntəqələrində də bu qaydalara əməl etməyənlərə qarşı reydlər keçiriləcək. Üstəlik 1 yanvar -15 iyun tarixlərində Şabran limanında , 1 may -30 iyun tarixlərində çay ilə əlaqəsi olan su hövzələrində və Xəzər dənizinə axan bütün çaylarda da balıq ovu qadağandır. Bu qadağlar həvəsakar balıqçıları narahat edir.

Bu məhdudiyyətlərin gələcək nəsillər üçün balığın saxlanılması məqsədi ilə tətbiq edildiyi bildirilir.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh