Qəza törədən «avtoş» yol polisini vurdu - FOTOLAR

Yol polisi 14 Noyabr 2014 11:55 Oxunub 1738
Qəza törədən «avtoş» yol polisini vurdu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşını avtomobillə vurub

Nərimanov rayonunda avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşını avtomobillə vurub. «VAZ-2107» markalı avtomobil Ağa Nemətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönərkən başqa bir avtomobilə çırpılıb. Ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı Yaşar Qocalı hadisə yerindən qaçmaq istəyən “VAZ-2107”-nin sürücüsünə “saxla” əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşını maşınla vurub. Kәllә-beyin travması almış DYP əməkdaşı Kliniki Tibbi Mәrkәzә çatdırılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsinin rəisi İlqar İbrahimovun APA-ya verdiyi məlumata görə, bundan sonra hadisə yerindən uzaqlaşmağa çalışan sürücünü saxlamaq üçün elə həmin küçədə süni tıxac yaradılıb. Tıxacda qalan sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh