Daha avtomobillərlə bağlı arayışı internetdən alacaqsınız

Yeniliklər 14 Noyabr 2014 18:07 Oxunub 1858
 Daha avtomobillərlə bağlı arayışı internetdən alacaqsınız
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu sahədəki bəzi xidmətlər elektronlaşdırılır

Azərbaycanda nəqliyyat sahəsi ilə bağlı yeni elektron xidmətlər tətbiq olunacaq. Avtosfer.az-ın Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında dəyişikliklər edilib. Dəyişikliyə əsasən "Elektron xidmət növlərinin Siyahısı"na nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi və nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi elektron xidmətləri əlavə edilib. Nazirlər Kabineti qərar verərkən Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini də nəzərə alıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh