Dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü – FOTO + VİDEO (+ 18)

Qaydalar 11 İyun 2017 17:46 Oxunub 15892
Dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü – FOTO + VİDEO (+ 18)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, Gəncə şəhərində “İmperial” şadlıq sarayında müğənnilik edir 

Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb. Avtosfer.az pressclub.az-a istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub. 58 yaşı olan piyada Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Adı Səidədir. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib. Əldə etdiyimiz məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində “İmperial” şadlıq sarayında müğənnilik edir. Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif  başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib.

http://pressclub.az/wp-content/uploads/2017/06/0d1a1109-e799-4410-b48c-2846c1f99e52-225x300.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh