Sumqayıtda küçə adları var, lakin onları bildirən lövhələr yoxdur - VİDEO

Yazarlar 12 İyun 2017 08:00 Oxunub 2048
Sumqayıtda küçə adları var, lakin onları bildirən lövhələr yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlərin əksəriyyəti küçə və prospektlərin adlarını toy dəvətnamələrindən öyrənə bilirlər

Küçə adları var, lakin bu adları bildirən lövhələr yoxdur. Sumqayıtda küçə adını bildirən lövhələri görmək müşkül məsələyə çevrilib. Elə buna görə də sakinlərin əksəriyyəti yaşadıqları ərazinin hansı küçədə yerləşdiyini bilmirlər. Sakinlərin əksəriyyəti küçə və prospektlərin adlarını reklam bukletləri, toy dəvətnamələri, mağazaların ödəniş qəbzlərindən və avtomobillərin naviqasiya sistemindən istifadə etməklə öyrənirlər.

Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bildirildi ki, hazırda bu istiqamətdə işlər aparılır və yaxın vaxtlarda küçə adlarını bildirən lövhələrin quraşdırılmasına başlanılacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh