Lüis Hemilton "Formula-1"in Kanada Qran-prisinin qalibi olub
Yarışma 12 Iyun 2017 01:32 191 dəfə oxunub
Lüis Hemilton "Formula-1"in Kanada Qran-prisinin qalibi olub
Qran-prinin növbəti mərhələsi Azərbaycanda keçiriləcək

"Formula-1" üzrə Kanada Qran Prisinə yekun vurulub. Avtosfer.az-ın məlumatına görə, qalib adını "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton qazanıb. İkinci yeri onun komanda yoldaşı ("Mercedes") Valtteri Bottas, üçüncü yeri "Red Bull" təmsilçisi Daniel Rikkardo tutub. "Formula-1"in ümumi hesabında birinci yerdə 141 xal ilə Sebastyan Fettel (Ferrari) qərarlaşıb. Hemilton ikincidir. Onun aktivində 129 xal var. Bottas isə 93 xal ilə üçüncü yerdədir.

Qran-prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh