Bakıda yeni cərimə elanları: Dayanacaqlara yapışdırılsa da... - FOTO

Yazarlar 12 İyun 2017 12:10 Oxunub 4369
Bakıda yeni cərimə elanları: Dayanacaqlara yapışdırılsa da... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sözügedən cərimələnmə lövhələri asıldığı gündən etibarən qüvvədədir. Buna yol polisi nəzarət edir"

Avtobus yolunu keçmə, cərimə tətbiq olunacaq! Bu xəbərdarlıq lövhəsi “Koroğlu” metrostansiyası ətrafında uzun müddət öncə salınmış, bir müddət fəaliyyəti dondurulduqdan sonra bu günlərdə yenidən sərnişinlərin istifadəsinə verilən dayanacaqlara yerləşdirilib. Lövhələrin yerləşdirilməsinə baxmayaraq, hələ də piyadalar sarı xətti keçir və avtobusların hərəkəti üçün təhlükəli vəziyyət yaradır. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı cebhe.info-ya danışan Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev sərnişinləri də bu məsələdə duyarlı olmağa və qaydalara əmək etməyə çağırıb: “Sözügedən cərimələnmə lövhələri asıldığı gündən etibarən qüvvədədir. Buna yol polisi nəzarət edir. Baxmayaraq ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi xüsusi maarifləndirmə işləri aparır, bələdçilər sərnişinləri doğru yola istiqamətləndirir və bizim əməkdaşlarımız hərəkətin pik vaxtlarında nəzarət edir, amma yenə də neqativ hallar baş verməkdədir. Burada yol polislərinin də üzərinə müəyyən mənada məsuliyyət düşür. Birgə çalışaraq bu problemin öhdəsindən gəlməliyik. Bununla yanaşı sərnişinlər özləri də məsuliyyət hiss etməlidirlər. Yerləşdirilən xüsusi lövhələr, bələdçilər, BNA əməkdaşları da məhz sərnişinlərin təhlükəsizliyi üçün çalışır. Sərnişinlər özləri də öz təhlükəsizliyi  naminə qoyulmuş qaydalara əməl etməlidir. Mən sərnişinləri bu məsələlərdə duyarlı olmağa çağırıram”. Ərazidə BNA əməkdaşları ilə bələdçilərə rast gəlsək də təəssüflər olsun ki, polis əməkdaşları görünmürdü. Bunun üçün də Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. O isə sözügedən ərazidə yerləşdirilən lövhələrdən məlumatsız olduğunu qeyd etdi: “Bu məsələ ilə bağlı məlumatsızam və sizin qeyd etdiyiniz yeri dəqiq tanımıram. Xahiş edirəm, məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxlayın.  Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə telefon zənglərimizə cavab vermədiyi üçün mövqeyini öyrənə bilmədik.

http://avtosfer.az/upload/news/725ffe.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elvin 13 İyun 2017 20:42
Salam necasiz mende kokem duzu.Neca edim bular kimi ariqliyimm