Hindli aktrisanın başına iş gəldi - Türkiyədə

Maraqlı 12 İyun 2017 16:31 Oxunub 1443
Hindli aktrisanın başına iş gəldi - Türkiyədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Taksi sürücüsü pullarımı oğurladı”

Hindistanlı aktrisa Saumya Tandonun Türkiyədə başına iş gəlib. Tandon İstanbulda taksi sürücüsü tərəfindən oğurluqla üzləşdiyini bildirib: “Taksi sürücüsü yolda bir anlıq maşını saxladı. Mənim üstümə qışqırmağa başladı. Dedi ki, ramazan ibadətinə gecikir. Cihazda qiymət 50 TL yazırdı. Ona pulu uzatdım, əliylə geri çevirdi. Söylədi ki, pul səhvdir. Elə başa düşdüm ki, avro istəyir. Çantanı əlimdən aldı, mənə türkçə nəsə dedi, anlamadım. Taksidən düşürdü, bir neçə dəqiqə sonra əlimi çantaya atdım, min avro yerində yox idi. Taksi sürücüsü pullarımı oğurladı”.

“Qafqazinfo”



ŞƏRH YAZ
Ad

E-mail

Şərh