Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrıldı

Yeniliklər 13 İyun 2017 01:10 Oxunub 1091
Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az-ın məlumatına görə, sərəncamla 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh