Təmir edilən yolda nişan yoxdur: sürücülər problem yaşayır - VİDEO
Qaydalar 13 Iyun 2017 10:00 532 dəfə oxunub
Təmir edilən yolda nişan yoxdur: sürücülər problem yaşayır - VİDEO
Ərazidə ən çox əziyyət çəkənlər isə avtobus sürücüləri və ərazidə yaşayanlardır

Çala-çuxurlu və palçıqlı yollarda avtomobillər çətinliklə hərəkət edir. Yolun bəzi hissələri o qədər dardır ki, avtomobillər yalnız bir-bir həmin yerdən keçə bilirlər. Bu isə uzun tıxaclara səbəb olur. Avtosfer.az xəbər verir ki, söhbət Abşeron rayonu Novxanı qəsəbəsinin içindəndir. Novxanı-Binəqədi avtomobil yolunun yenidən qurulması çərçivəsində bu ərazidə hərəkət məhdudlaşdırılıb, avtomobillər üçün müvəqqəti alternativ yol salınıb. Amma yolun baxımsız qalması burdan keçənləri narahat edir. Ərazidə ən çox əziyyət çəkənlər isə hər gün bu yoldan bir neçə dəfə keçməyə məcbur olan marşrut avtobuslarının sürücüləri və ərazidə yaşayanlardır. Üstəlik, bura dənizə düşən əsas yol olduğundan istirahət günləri vəziyyətdən xəbəri olmayan bir çox sürücü də bu yola girir. Girişdə isə alternativ yolu göstərən hər hansı tablo yoxdur. ''Azəravtoyol'' ASC-nin sözçüsü Anar Nəcəflinin "xəzərxəbər"ə verdiyi açıqlmaya görə, ərazidəki çətinlik müvəqqəti xarakter daşıyır. Orada olan müvəqqəti alternativ yolun düzəldilməsi və əraziyə müvafiq nişanların qoyulması üçün mütəxəssis qrupu əraziyə baxış keçirəcək və lazımı tədbirlər görüləcək. Sözügedən yolda hazırda kommunikasiya xətləri çəkilir ki, qarşıdakı 2 ay ərzində bu yol tam təmir edilərək istifadəyə veriləcək. 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh