Dronlar üçün dispetçer sistemi sınanıb

Maraqlı 13 İyun 2017 18:50 Oxunub 1389
Dronlar üçün dispetçer sistemi sınanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət gələcəkdə məhsuldarlığı artırmaq üçün yeni həlli "bulud" texnologiyasına inteqrasiya etmək niyyətindədir

İstehlak məqsədli pilotsuz uçan aparatların (dron) əlçatanlığı onların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Yaxın gələcəkdə belə aparatların sayının artması idarə edilən aviatexnika üçün təhlükə yaradacaq. Belə təxmin edilir ki, xüsusi proqram həlləri (müəyyən sahələr daxilində uçuşlara qadağa qoyulması və ya maneədən yan keçmək üçün alqoritmlər) toqquşmaların qarşısını almağa imkan verəcək. Alternativ qismində olduğu yerin monitorinqini təmin edən "ADS-B" texnologiyası nəzərdə tutulur. Avtosfer.az bildirir ki, "Alphabet" şirkətinin yeni sisteminin işi "ADS-B" texnologiyasına əsaslanır. Sistem "Google"un xidmətlərindən ("Earth", "Maps" və "Street View") istifadəni nəzərdə tutur. Bu xidmətlərin köməyi ilə pilotsuz təyyarənin olduğu yeri müəyyənləşdirən sistem real vaxt rejimində uçuşun optimal trayektoriyasını müəyyənləşdirir. Bu, bir neçə aparata ümumi hava məkanında təhlükəsiz uçuşlar yerinə yetirməyə imkan verəcək. Məsələn, uçuş marşrutlarının düzəlişi dronların binalarla toqquşma riskini minimuma endirəcək. Şirkət yeni həllini Kaliforniyada sınaqdan keçirib. Sınaqlarda 1 ədəd "DJI Inspire" dronu, 2 ədəd "Intel Aero" və "Alphabet"in bölməsi olan "Project Wing" layihəsinin istehsalı olan 3 ədəd drondan istifadə edilib. Ssenari üzrə sonuncular bağlamaları çatdırmalı, "Inspire" və "Aero" dronları isə vahid hava məkanında axtarış-xilasetmə əməliyyatında iştirak etməli idilər. Bu halda "Intel" şirkətinin aparatları "LTE" şəbəkəsinin köməyi ilə, operatorlar tərəfindən məsafədən idarə edilib, "DJI" və "Project Wing"in əməkdaşları isə poliqonda olublar. Sınaqlar çərçivəsində dispetçer sistem uçuşların trayektoriyasına düzəliş edib. Sınaq uğurlu olub. Şirkət gələcəkdə məhsuldarlığı artırmaq üçün yeni həlli "bulud" texnologiyasına inteqrasiya etmək niyyətindədir. (ICTnews)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh