Nazir: "Formula-1” yarışları ilə bağlı tədbirlər planı hazırlanır"

Yarışma 13 İyun 2017 11:31 Oxunub 1519
Nazir: "Formula-1” yarışları ilə bağlı tədbirlər planı hazırlanır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarış keçirilən günlər ərəfəsində mədəni tədbirlər təşkil ediləcək

"Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi yarışları ilə bağlı tədbirlər planı hazırlanır". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, yarış keçirilən günlər ərəfəsində nazirlik tərəfindən mədəni tədbirlər təşkil ediləcək: "Bizim müəssisələr daim çalışacaq, lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər "Formula 1"in öz proqramında yer alıb". Nazir qeyd edib ki, həmin zaman Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramına gələcək xarici sənətçilərə insanların marağı daha çox olacaq. Bu da öz növbəsində ölkəyə gələcək turist sayının artımına öz təsirini göstərmiş olacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh