Yaşı 40-ı ötmüş avtomobil modelləri - FOTOLAR

Maraqlı 13 İyun 2017 20:53 Oxunub 2044
Yaşı 40-ı ötmüş avtomobil modelləri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
70-ci illərdə böyük motorlu avtomobil istifadə etmək az qala qeyri-mümkün idi

Neft böhranı və soyuq müharibənin olduğu 70-ci illər avtomobil sənayesi üçün kritik bir dövr idi. Bu dövrdə istehsal olunan modellər artıq 40 yaşını tamalasa da günümüzə qədər gəlib çıxıb.

Amerikada 1973-cü ildə ortaya çıxan və bütün dünyaya yayılan neft böhranı, eynilə birinci və ikinci dünya müharibələrində olduğu kimi avtomobil sənayesinin çətin dövrünü başlatdı. Benzin və dizelin olduqca bahalı olduğu və bəzi yerlərdə talonla satıldığı 70-ci illərdə böyük motorlu avtomobil istifadə etmək az qala qeyri-mümkün idi. Xüsusilə Amerikada kiçik həcmli mühərrikə və ölçülərə sahib modellər istehsal olunmağa başladı. Amma həmişə böyük ölçülü avtomobillərə öyrəşmiş xalq, bu vəziyyəti qəbul etməkdə çətinlik çəkdi.

Avropada isə onsuz da kiçik avtomobillər 1950-ci illərdən etibarən istifadə edildiyi üçün 70-ci illərin ortalarında da neft böhranı ilə mübarizədə xalqın imdadına çatdı. Xüsusilə 1976-cı ildə idman və lüks avtomobillərin balanslı olaraq çıxarılmağa başladığı bir il idi. Amerikaya ixrac edilən “Ford Fiesta” praktikliyi və rahatlığı ilə önə çıxan “Renault 14”, “Porsche 911” , “Porsche 924” xüsusi populyarıq qazandı.

Amerikaya turbo dizel olaraq ixrac edilən və “daşdöyən” ünvanı alan “W123 kuza Mercedes” sözügedən dövrün ən əhəmiyyətli modellərindəndir. Nəticədə 1976-ci ildə istehsalına başlanan modellərin çoxu, 1979-cu ildə baş verən neft böhranını da keçərək həm markalarını da qorudular, həm də gələcəkdəki modellərinə yol açdılar.

Avtosfer.az yaşı 40-ı ötmüş avtomobillərin fotolarını təqdim edir:

LOTUS ESPRİT

 

SKODA 105-120

 

FORD FIESTA

 

MOSKVITCH 2140

 

HONDA ACCORD

 

ASTON MARTIN LAGONDA

 

MERCEDES-BENZ W123

RENAULT 14

 

BMW 6

LAMBORGHINI SILHOUETTE

PORSCHE 924

FERRARI 400

 

Hazırladı: Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh