Yol polisləri ilə "qaçdı-tutdu" oynayan "TIR" sürücüsü - VİDEO

Maraqlı 13 İyun 2017 21:53 Oxunub 4024
Yol polisləri ilə "qaçdı-tutdu" oynayan "TIR" sürücüsü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç bir normal adam bu cür addım atmaz.

Bəzi hallarda qayda pozan sürücülər yol polisinin saxla əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərirlər. Bunu adətən özünü “avtoş” hesab edən və polislə “qaçdı-tutdu” oynamağı öz məntiqin görə fəxr bilənlər edir. Yaxud da sükan arxasında olan içkili sürücülər analoji adım atırlar. Hər iki halda sürücülər həm özlərinə, həm də yolda hərəkət edən digər nəqliyyat vasitələrinə təhlükə yaradırlar. 

Bəzi ölkələrdə yol polisinin xüsusi icazə olmadan təqib prosesini həyata keçirməsinə qadağalar tətbiq edilib. Bu isə onunla izah edilir ki, təqib zamanı qəzalar daha çox baş verir və miqyası böyük olur. 

Çox zaman kiçik ölçülü, idman üslubunda avtomobillərlə polisdən qaçmağı yoxlayan sürücülər müvəffəq olurlar. Amma, avtomobil daşıyan “TIR” ilə, özü də tam yüklü bir vəziyyətdə polisdən qaçan sürücünü yəqin ki, ilk dəfədir eşidirsiniz. Təbii ki, burada sürücünün sərxoş olduğu aydındır. Çünki heç bir normal şəxs nə baş verdiyindən asılı olmayaraq bu cür addım atmaz.  

Analoji hadisə Rusiyada baş verib. Avtomobil daşıyan "TIR"ın sürücüsü yol polislərinə tabe olmur və yüksək sürətlə hərəkət edir. Onu müxtəlif üsullarla saxlamağa çalışan polis nəhayət avtomobilin təkərlərinə atəş açmaqla buna müvffəq olur Sürücünün isə səxoş vəziyyətdə olduğu aşkarlanır. Avtosfer.az sözügedən görüntüləri təqdim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh