Yol polisləri ağır qəzaya düşdü - "BMW" aşıb

Yol polisi 14 İyun 2017 01:18 Oxunub 11627
Yol polisləri ağır qəzaya düşdü - "BMW" aşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BMW" markalı avtomaşın yoldan çıxaraq aşıb

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşının idarə etdiyi "BMW" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz DYPB-nin əməkdaşları, Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir. Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb.

 Fakt araşdırılır

ŞƏRH YAZ
Ad

E-mail

Şərh