Sükana əlavə vasitə quraşdıran sürücülər cərimələnə bilər - TƏHLÜKƏ - VİDEO

Yazarlar 14 İyun 2017 02:16 Oxunub 1839
Sükana əlavə vasitə quraşdıran sürücülər cərimələnə bilər - TƏHLÜKƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi nəqliyyat vasitələrində əlavə vasitə quraşdırılıb

Bəzi nəqliyyat vasitələrində sükanı tək əllə döndərmək üçün əlavə vasitə quraşdırılıb. Avtosfer.az-ın məlumatına görə, bir sıra nəqliyyat vasitələrinində bunu görmək mümkündür. Sükanı tək əllə idarə etmək üçün nəzərdə tutulan bu qurğunu yük maşınlarında, hətta avtobuslarda da görmək olar. İnşaat işlərində istifadə edilən texnikalarda da bu vasitəyə rast gəlmək mümkündür. Onlardan bəziləri zavod tərəfindən sükanın üzərində istehsal edilir, əksəriyyəti isə sonradan alınaraq sürücülər tərəfindən quraşdırılır.

Sürücülər bildirirlər ki, bu qurğunun vasitəsi ilə texnikanı idarə etmək daha asandır. Xüsusən də geriyə hərəkət edən zaman bu qurğu daha çox köməyə çatır.

Ekspertlər isə bildirirlər ki, müasir nəqliyyat vasitələrində sükan gücləndiricisi olduğu üçün belə vasitələrə ehtiyac yoxdur. Həmçinin, nəqliyyat vasitəsini bu cür idarə etmək qaydalara ziddir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu qurğu təhlükələrə də yol aça bilər. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sükanına bu cür qurğu yerləşdirən sürücü sükan konstruksiyasında dəyişiklik etdiyi üçün 150 manat cərimələnə, həmçinin avtomobili texniki baxışdan keçirən zaman problemlə üzləşə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh