Bakıda sərnişin avtobuslarının 70 faizi texniki baxışdan keçməyib - VİDEO

Yazarlar 14 İyun 2017 02:18 Oxunub 1263
Bakıda sərnişin avtobuslarının 70 faizi texniki baxışdan keçməyib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus hərəkətdə olarkən qəfildən arxa təkərlərindən biri tüstülənməyə başlayıb

Bakıda avtobusun təkərində baş verən qəfil tüstülənmə sərnişinlərin yarı yolda qalmasına səbəb olub. Avtosfer.az-ın məlumatına görə, hadisə Bakıda metronun Xətai stansiyasından Hövsan qəsəbəsi istiqamətinə hərəkət edən 175 saylı marşurt avtobusunda baş verib. Avtobus hərəkətdə olarkən qəfildən arxa təkərlərindən biri tüstülənməyə başlayıb. Panikaya düşən sərnişinlər sürücüdən avtobusu saxlamasını tələb edib.

Həyəcanlı anların görüntülərini də sərnişinlərdən biri tərəfindən çəkib. Videodan aydın görünür ki, avtobusda nasazlıq ola-ola xəttə buraxılıb. Məsələ ilə bağlı 175 saylı marşurt avtobusun məxsus olduğu şirkətin nümayyəndəsi Vidadi Mirzəyev deyir ki, məsələdən xəbərdardılar və avtobusda nasazlıq yaranan kimi sərnişinlər boşladılaraq avtobus təmir məntəqsinə aparılıb. Şirkət nümayəndəsi avtobusların texniki baxışdan keçirildiyini bildirir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev bildirib ki, 2016-cı ildən bu vaxta qədər respublika üzrə marşurt avtobuslarının yalnız 30 faizi texniki baxışdan keçib. Bakı şəhəri üzrə 17500 avtobusdan cəmi 5 min 600-ü texniki baxışdan keçib. Yol polisi tərəfindən belə sürücülər aşkar edilərək cərimə olnur. Kamran Əliyevin sözlərinə görə, yol polisinin həmin avtobusları xətdən uzaqlaşdırmağa səlahiyyəti yoxdur. Belə halda sual yaranır ki, 10 mindən çox avtobus hələ də texniki baxışdan keçməyibsə niyə xəttə buraxılır?

ŞƏRH YAZ
Ad

E-mail

Şərh