Motosikletlə dünya səyahətinə çıxan hollandiyalı turistlər Cəlilabadda - VİDEO

Avtosfer TV 14 İyun 2017 02:35 Oxunub 1953
Motosikletlə dünya səyahətinə çıxan hollandiyalı turistlər Cəlilabadda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol boyu kəndlilərdən aldıqları ərzaq müqabilində pul xərcləməyiblər

Motosikletlə dünya səyahətinə çıxan turistlər Cəlilabadda olublar. Avtosfer.az-ın məlumatına görə, ixtisasca axitektur olan Ido De Conq səyahətə 4 həftə əvvəl Hollandiyadan həyat yoldaşı ilə birlikdə başlayıb. Onlar 4 gündür ki, Azərbaycandadırlar.

Cütlük qısa müddət ərzində ölkənin relyefi və milli yeməkləri barədə xeyli məlumat toplayıblar. Onların daha çox diqqətini çəkən əhalinin öz milli irsinə daha çox bağlı olması və qonaqlarla səmimi davranmalarıdır. Turistlər bildiriblər ki, digər ölkələrdən fərqli olraq burada yol boyu kəndlilərdən aldıqları ərzaq müqabilində pul xərcləməyiblər. İndiyə kimi 13 ölkədən keçən cütlük gün ərzində 350- 400 kilometr yol qət edir.

Əksər səyyahlardan fəqli olaraq onlar otellərdə qalmağa üstünlük verirlər. Hollandiyalı cütlük səyahəti avqust ayında Yaponiyada başa vurmağı planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh