Bakıda şok: qatillərin adına küçə varmış - FOTO

Yazarlar 14 İyun 2017 09:42 Oxunub 1656
Bakıda şok: qatillərin adına küçə varmış - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hər tindən "26-lar" sözünə rast gəldim. Özü də latın qrafikası və yeni ştampda"

Bakının Sabunçu qəsəbəsində bir küçə 26 Bakı Komissarının adını daşıyır. Avtosfer.az bakıpost.az-a istinadla xəbər verir ki, bu biabırçı faktı "Kaspi" qəzetinin əməkdaşı, jurnalist Azər Nuriyev müəyyən edib. Belə ki, jurnalist Sabunçu qəsəbəsində yaşayan qohumlarının evinə gedərkən küçənin Bakı komissarlarının adına olduğunu görüb: "1918-ci ildə on minlərlə soydaşımızı qanına qəltan edən erməni və bolşevik cəlladlarının cəm olduğu 26 Bakı komissarının xatirəsi qəsəbədə əbədiləşdirilib. 2017-ci ildə 26 Bakı komissarının adını daşıyan küçənin hələ də mövcud olduğunu kimə desən, bəlkə də inanmaz. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb, burada onların adını daşıyan küçə hələ də qalır". Jurnalist qeyd edib ki, ilk əvvəl bu lövhənin yaddan çıxıb qaldığını düşünüb:

"Dedim, bəlkə, bu lövhə bir yerdədir, o da yaddan çıxıb qalıb. Lakin küçə boyu addımladıqca, hər tindən "26-lar" sözünə rast gəldim. Özü də latın qrafikası və yeni ştampda. Və yarı yolda düşüb, həmin ərazidən yaşayan insanların mövqeyinin öyrənmək marağı mənə üstün gəldi. Lövhəni qoparmaq istəsəm də, sakinlər dedilər ki, əbəs yerə cəhd etmə. Dəfələrlə sökülsə də, yenisini yapışdırıblar. Söhbət etdiyim gənclərin əksəriyyəti bunu vaxtilə qətlə yetirilən soydaşlarımızın xatirəsi üçün təhqir hesab etdiklərini bildirdilər. Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Sakinlərin sözlərinə görə, küçəyə tarixi şəxsiyyətlərimiz, şəhidlərimizin adı verilsə, onlar üçün qürur və şərəf olar".

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən və bir neçə başqa küçələrin adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib: "Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlər Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək".

Bununla bağlı jurnalist Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, rayon icra hakimiyyətinin məsələ ilə bağlı heç bir müraciəti olmayıb: "Hətta Akif müəllim məsələni NK-nin bir neçə əlaqədar şöbəsi ilə də dəqiqləşdirdi. Cavab da belə oldu ki, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir".

BŞİH-in mətbuat xidmətindən telefon zənglərinə cavab verən tapılmayıb.

Məsələ ilə bağlı Sabunçudan olan millət vəkili Fazil Mustafanın buna bənzər məsələlərin dəfələrlə həm parlamentdə, həm də müxtəlif icra strukturları qarşısında qaldırdıqlarını bildirib. O, qeyd edib ki, həmin küçənin sakinləri onun seçiciləri olmasa da, məsələni nəzarətdə saxlayacaq.

Millət vəkili bunun yolverilməz olduğunu bildirib və konkret misal da çəkib:

 

"Türkiyədə belə bir kommunist siyasətçi olub - Mustafa Sübhi. Onu səhv etmirəmsə, ya öldürüblər, ya da ki, dənizdə boğulub. Türkiyədə onun ümumiyyətlə, fəaliyyəti yasaq olunub. Bizdə isə hələ də bu adda küçə var".

http://img.milli.az/2017/06/13/554017_02.jpg

http://img.milli.az/2017/06/13/554017_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh