"BMW" şirkəti Х5 və Х6 modellərini geri çağırır

Avtoxəbər 14 İyun 2017 09:05 Oxunub 1831
"BMW" şirkəti Х5 və Х6 modellərini geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nasaz detallar istehsalçının hesabına dəyişdiriləcək

Almaniyanin məşhur avtomobil istehsalçısı olan BMW ötürücü mildəki nöqsanlara görə 86 mindən çox X5 və X6 modellərini Çin bazarından geri çağırır. Avtosfer.az marja.az-a istinadən bildirir ki, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2010-cu ilin aprelindən 2013-cü ilin aprelinədək istehsal olunan nəqliyyat vasitələridir. Onların 57371-i BMW X5, 29407-i isə X6 modelidir. Cari il noyabrın 1-dən başlayacaq prosesdə nasaz detallar istehsalçının hesabına dəyişdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh