Dünyanın ən yaxşı hava limanı

Maraqlı 14 İyun 2017 18:05 Oxunub 1791
Dünyanın ən yaxşı hava limanı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç hava limanı xidmətin keyfiyyətinə görə 10 baldan 10-unu alıb

AirHelp kompaniyasının tədqiqatlarının nəticələrinə görə, Sinqapurun Çanqi aeroportu dünyanın ən yaxşı hava limanı hesab olunub. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, siyahıdakı 76 aeroport arasında ikinci yeri Münxen, üçüncü yeri Honkonq beynəlxalq aeroportu tutub. Hər üç hava limanı xidmətin keyfiyyətinə görə 10 baldan 10-unu alıb. Qiymətləndirmə zamanı reyslərin vaxtında yola salınması və qəbul edilməsi, habelə aeroportlardan sərnişinlərin Twitter sosial şəbəkəsində yerləşdirdikləri 130 min məlumatın təhlili nəzərə alınıb. Reytinqin ilk onluğuna, həmçinin Kopenhagen, Helsinki, Sinsinatti, Barselona, Madrid, Oklend və Frankfurt aeroportları daxil olub. AirHelp qeyd edir ki, tədqiqatın gedişində sərnişinlərin aeroportlarda uzun növbələrdən, yeməyin aşağı keyfiyyətindən və reyslərin yubanmasından daha tez-tez şikayətləndikləri üzə çıxıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh