DYP-dən “Son zəng” xəbərdarlığı

Yol polisi 14 İyun 2017 11:19 Oxunub 1299
DYP-dən “Son zəng” xəbərdarlığı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əvvəlki illərdə törədilən hadisələri nəzərə alaraq ərazilərdə DYP əməkdaşları tərəfindən ciddi nəzarət var"

Bu gün “Son zəng” tədbirləri ilə əlaqədar tədris müəssisələrinin ətrafında hərəkət intensivliyi nəzərə alınaraq nəzarət gücləndirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. DYP rəsmisi bildirib ki, həmin ərazilərdə həm sürücülərin, həm də piyadaların yol hərəkəti qaydalarına əməl etməsinə ciddi nəzarət olunur. K.Əliyev bundan əlavə valideynlərə də xəbərdarlıq edib: “Əvvəlki illərdə törədilən hadisələri nəzərə alaraq ərazilərdə DYP əməkdaşları tərəfindən ciddi nəzarət var. Bir daha valideynlərin diqqətinə çatdırmaq istəyirik ki, avtomobillərini azyaşlılara idarə etməyə verməsinlər. Çünki bu sonda ağır nəticələrə gətirib çıxarır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh