Radara girən maşının sərnişini öldü- Ağstafada

Qəzalar 14 İyun 2017 12:15 Oxunub 1227
Radara girən maşının sərnişini öldü- Ağstafada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar xəstəxanaya yerləşdirilib. Hüseyn Rəhimov orada ölüb

Ağstafa rayonunda minik avtomobili radar dirəyinə çırpılıb. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 08.00 radələrində rayonun Dağkəsəmən kəndində baş verib. Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib. H.Rəhimov orada ölüb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh