6 yaşlı uşağı avtomobillə vurub öldürən şəxsə hökm oxunub

Qəzalar 14 İyun 2017 14:33 Oxunub 1057
6 yaşlı uşağı avtomobillə vurub öldürən şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məlik Meybullayev 7 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məlik Meybullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Meybullayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu il Bakının Binəqədi qəsəbəsində qeydə alınıb. M.Meybullayev idarə etdiyi avtomobillə piyada 6 yaşlı Turan Tahirlini vurub. Xəstəxanaya çatdırılan T.Tahirli 17 gündən sonra orda dünyasını dəyişib. T.Tahirlinin fiziki qüsurlu olduğu müəyyən edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh