Xanım sürücünün avtomobilinin qarşısını kəsdi, görün nələr oldu VİDEO
Avtosfer TV 15 Iyun 2017 09:45 2742 dəfə oxunub
Xanım sürücünün avtomobilinin qarşısını kəsdi, görün nələr oldu VİDEO
Oğlan öz maşını ilə qızın yolunu kəsir, onu avtomobildən düşürür

Bəzən avtomobil idarə edən xanım sürücülər əks cinsin nümayəndələri tərəfindən onlara hər hansı işarə edildikdə o dəqiqə bunun tanışlıq məqsədi ilə olduğunu düşünürlər. Amma hər zaman belə olmur. Bu videoçarxda isə xanım sürücüyə siqnal verərək onu saxlamağa çalışan gənc oğlana qızın reaksiyası sanki tanış olmaq üçün bunu edirmiş kimi olur. Lakin oğlan nə qədər siqnal versə də qız avtomobili saxlamır. Sonda oğlan öz maşını ilə qızın yolunu kəsir, onu avtomobildən düşürür. Heç nə anlamayan qız etiraz edəndə ona avtomobilin açıq qalmış yük yerini göstərir. Qızın “mən elə bildim mənimlə tanış olmaq istəyirsiniz” reaksiyasına oğlan sadəcə olaraq "səninlə tanış olmaq nəyimə lazımdır baqajı bağla, maşınını sür get" cavabını verir.

Avtosfer.az sözügedən videonu təqdim edir:

 

Orxan

 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh