Hüseyn Cavid prospektindəki yeni keçid açıldı - FOTOLAR

Yeniliklər 15 İyun 2017 00:35 Oxunub 1568
Hüseyn Cavid prospektindəki yeni keçid açıldı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib. “Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub. Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 

Emin





ŞƏRH YAZ
Ad

E-mail

Şərh