Xudatda maşın dərəyə yuvarlanıb, 5 yaralıdan biri polisdir

Qəzalar 15 İyun 2017 00:46 Oxunub 1162
Xudatda maşın dərəyə yuvarlanıb, 5 yaralıdan biri polisdir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan birinin vəziyyəti ağırdır

Xudat-Susay yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza hazırda markası bilinməyən avtomobilin dərəyə yuvarlanması nəticəsində qeydə alınıb. Yaralılar "təcili yardım" maşınları ilə Xudat və Xaçmaz xəstəxanalarına aparılıblar. Onlardan biri - Qusar rayonu, 1991-ci il təvəllüdlü Əniqoba kənd sakini Hacıverdiyev Elşən Rövşən oğlu ağır açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ tərəfdən qabırğaların sınığı, boyun fəqərələrinin sınığı diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına qəbul olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Bunlar Qusar sakinləri - 1991-ci il təvəllüdlü Cərullayev Tarıyel Muxtadır oğlu və Hacıverdiyev Elşən Rövşən oğlu, həmçinin 1995-ci il təvəllüdlü Səfərəliyev Seymur Zöhrab oğlu, 1991-ci il təvəllüdlü Tağıyev Surxay Valeh oğlu və Xaçmaz sakini 1983-cü il təvəllüdlü Mirzəyev Azər Əbülfəz oğludur. Yaralılardan 4-ü Xudat, 1-i isə Xaçmaz rayon xəstəxanalarına yerləşdirilib. Xudat xəstəxanasında yaralılar arasında Seymur Səfərəliyev və Xaçmazda Reanimasiyaya yerləşdirilən Elşən Hacıverdiyevin vəziyyəti olduqca ağır qiymətləndirilir. Yaralılardan birinin Xaçmaz rayon Polis şöbəsinin Yalama Polis bölməsinin Növbətçi hissəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh