Filin quyruğu ilə xortumunu ayıra bilməyənlər yollarımıza nişan qoyur - FOTO

Yazarlar 15 İyun 2017 01:01 Oxunub 9660
Filin quyruğu ilə xortumunu ayıra bilməyənlər yollarımıza nişan qoyur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda qanunla belə nişan yoxdur, amma bu nişan 10 gündür ki, Keşlə bazarının yanındadır

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Bakıda quraşdırılan yol nişanı ilə bağlı iradını maraqlı formada bildirib. Avtosfer.az xəbər verir ki, ekspert biabırçı yol nişanına lətifə ilə münasibət bildirib:

“Uzaq məmləkətdən padşaha bir fil bağışlayırlar. Bir gün fil xəstələnir, padşah kimi çağırırsa, filə əncam çəkən olmur. Biçarə padşah məmləkətə elan verdirir ki, kim filini sağaltsa, ona özü ağırlıqda qızıl verəcək.

Bir sərxoş avara bunu eşidib, düşünür ki, beş günlük dünyadır, gedim, bəlkə alındı. Gəlir padşahın hüzuruna, deyir ki, mən uzmanam, fili sağaldaram. Padşah deyir ki, alınmasa, boynun vurulacaq. Əhli-kef adam deyir ki, məni fil olan yerə salın, bir həftəllik istədiyim yemək-içməyi yanıma qoyun, qapı-pəncərəni bağalayın, bir həftədən sonra fili sağaldacam.

Dediyi hər yemək-içməyi verib, bu "həkim"i filin yanına salırlar. 3 gündən sonra padşah dözmür, vəzirə deyir ki, gizli bir yerdən baxın, görün bu uzman nə edir. Vəzir gəlir, tövlədə bir deşik tapır, baxır ki, adam filin ətrafında 2 dövrə vurdu, çoxlu şərab içdi, samanlığa uzandı və feyziyab oldu. Bir neçə saatdan sonra qalxdı, yenə 2 dövrə və o ki var vurub yerinə uzandı. Vəzir gördüklərini padşaha deyir. Padşah əmr edir ki, sabah bir də bax, bəlkə bir hikmət var. Vəzir sabah baxır ki, eyni şeydir, fil də lap pisləşib. Padşaha deyən kimi, əmr edir ki, bu kələkbazı gətirin boynunu vurun...

"Həkim"i padşahın hüzuruna gətirirlər. Padşah deyir ki, məni aldatdığına görə boynun vurulacaq. "Həkim" deyir ki, padşah aləm sağ olsun, boynumu vurun, qanım sizə halaldır. Amma bircə sualıma cavab verin ki, bu sirlə ölməyim. Padşah maraqla deyir ki, nə sual?. "Həkim" soruşur ki, əlahəzrət, 5 gün bu bədheybət heyvanın yanında kef etdim, amma bir sirri aça bilmədim. Deyin görüm, onun qabağı haradır, arxası hara?...

Paytaxtımızda bu (yuxarıdakı) yol nişanını görəndə həmin lətifə yadıma düşdü. Filin quyruğu ilə xortumunu ayıra bilməyənlər yollarımıza nişan qoyurlar. Bu nişan 10 gündür ki, Keşlə bazarının yanındadır...

Avtosfer.az bildirir ki, Azərbaycan qanunvericiliyində belə yol nişanı yoxdur. Bu nişanı ora qoyanlar guya demək istəyirlər ki, burada hərəkət ikitərəflidir, yani, qarşılıqlıdır. Lakin həmin nişan goy fonda, dördbucaq şəklində yox, qirmızı-ag rəngdə, üçbucaq formasında olur. 1.19 “İkitərəfli hərəkət” xəbərdarlıq nişanı yalnız birtərəfli yolun davamı ikitərəfli yola keçdiyi halda tətbiq olunur. Hətta 1.19 nişanının tətbiqi qaydalarına əsasən, birtərəfli yol dairəvi hərəkət olan yolayrıcında və ya “T” şəkilli üç yol kəsişən yolayrıcında bitərsə, bu halda 1.19 nişanını qoymağa ehtiyac yoxdur.

İkitərəfli hərəkəti bildirən yol nişanı əslində aşağıdakı kimi olmalıdlr.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh