Piyadanı maşın vuraraq öldürdü - Aeroport yolunda

Qəzalar 15 İyun 2017 08:33 Oxunub 815
Piyadanı maşın vuraraq öldürdü - Aeroport yolunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxanada keçinib

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Aeroport yolunun Buzovna qəsəbəsindən keçən hissəsində 1941-ci il təvəllüdlü Abbasov Ramiz Zərbəli oğlunu minik maşını vurub. Hadisə o, yolu keçmək istəyən zaman baş verib. Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh