"Neftçilər" metrostansiyası yaxınlığında piyadanı maşın vurdu

Qəzalar 15 İyun 2017 08:35 Oxunub 1225
"Neftçilər" metrostansiyası yaxınlığında piyadanı maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hadisə yerindən qaçıb

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, insident Bakı metropoliteninin "Neftçilər" stansiyası yaxınlığında baş verib. Xəzər Universitetinin qarşısından yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Qarayev İlqar Vaqif oğlunu "Mercedes" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Yaralı, taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh