Formula 1 Azərbaycan Qran-prisinin proqramının detalları müəyyənləşib

Yarışma 15 İyun 2017 08:46 Oxunub 1415
Formula 1 Azərbaycan Qran-prisinin proqramının detalları müəyyənləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əyləncə proqramı 22 iyun tarixində saat 14.00-dan 22.00-dək davam edəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2017 "Formula 1" Azərbaycan Qran-prisini izləməyə gələn tamaşaçılar üçün dördgünlük geniş əyləncə proqramı hazırlayıb. Avtosfer.az xəbər verir ki, proqramın detalları artıq tam müəyyənləşib. Belə ki, əyləncə proqramı 22-25 iyun tarixlərini əhatə edir və proqramda nəzərdə tutulan bütün tədbirlər dənizkənarı bulvar ərazisi ilə yanaşı Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında baş tutacaq. Əyləncə proqramı 22 iyun tarixində saat 14.00-dan 22.00-dək davam edəcək, 23-25 iyun tarixlərində isə səhər saat 10.00-da başlayıb axşam saat 23.00-da başa çatacaq. BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: “Biz bu il 2017 "Formula 1" Azərbaycan Qran-prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlamışıq. Eyni zamanda müxtəlif günlərə və zonalara fərqli qiymətlərə biletlər təklif edirik. Məqsədimiz balacadan böyüyə, hər kəsin yarış həyəcanını yaxından yaşamasını təmin etməkdir. Artıq yarış həftəsonuna 10 gün qalıb və son günlər ərzində yerli sakinlər yarışa daha çox maraq göstərirlər. İnanırıq ki, "Formula 1" və "Formula 2" yarışlarını izləməyə gələnlər yarışla yanaşı günboyu müxtəlif əyləncə proqramları ilə unudulmaz həftəsonu keçirəcəklər. Dənizkənarı bulvar ərazisində salınmış böyük səhnədə dünya ulduzlarının iştirakı ilə canlı konsert proqramları baş tutacaq. Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və xarici mahnıları dinləyərək gözəl vaxt keçirə biləcəklər. Dənizkənarı bulvarda yerləşən "Formula 1" şəhərciyi və Azneft zonasında səhnəyə çıxacaq bu ifaçılar indiyədək bir sıra yerli və xarici festivalların iştirakçıları olublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh