İki maşın toqquşdu: 5 nəfər xəsarət alıb - Xaçmazda

Qəzalar 15 İyun 2017 10:25 Oxunub 863
İki maşın toqquşdu: 5 nəfər xəsarət alıb - Xaçmazda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xudat-Yalama yolunun 4-cü km-də, Susayqışlaq kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Qusar rayon sakinləri - 1991-ci il Tariyel Cərullayev, 1991-ci il təvəllüdlü Elşən Hacıverdiyev, 1991-ci il təvəllüdlü Seymur Səfərəliyev, 1991-ci il təvəllüdlü Surxay Tağıyev və 1983-cü il təvəllüdlü Xaçmaz rayon sakini Azər Mirzəyevdir. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sonuncudan başqa digərlərinin vəziyyəti ağırdır. Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh